Ermənistanla Türkiyə arasında aviadaşımalar nə vaxt başlanacaq?

2022-12-10 17:34:00

 Ermənistanla Türkiyə arasında aviadaşımalar nə vaxt başlanacaq?

Hurriyyet.az xəbər verir ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üzrə İrəvanın xüsusi nümayəndəsi Ruben Rubinyan yazın zamanda iki ölkə arasında hava yükdaşımalarının başlana biləcəyini söyləyib. Bu barədə Ermənistan mətbuatı yazıb.

Rubinyan deyib: “Bu yaxınlarda, noyabr ayında keçirilən texniki iclasda Ermənistanla Türkiyə arasında birbaşa hava yükdaşımalarının başlanmasının reallaşdırılması məsələsi müzakirə edilib və bunun çox yaxın zamanda baş verəcəyi gözlənilir. Konkret vaxt bildirməkdən çəkinsəm də, bunun tez bir zamanda baş verəcəyi ehtimalı yüksəkdir”.

Xəbər verdiyimiz kimi, bu günlərdə Türkiyənin “Hürriyet” nəşri diplomatik mənbələrə istinadla Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılmasının ikinci mərhələsinin Yeni ilə qədər başlanacağını, Ankara ilə İrəvan təmsilçilərinin iki ölkə arasında hava yükdaşımalarının perspektivlərini, həmçinin, Əlican sərhəd məntəqəsinin açılışı məsələləsini müzakirə elədikləri barəsində məlumat vermişdi. Qəzetin yazdığına görə, cari ilin sonuna qədər hava yükdaşımaları başlana bilər.

Əlican sərhəd məntəqəsinin açılışı isə əsaslı təmirə ehtiyacı olan 128 metrlik körpünün işə salınmasının geçikməsi üzündən ləngiyir.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.218393