"Ermənistanla sülh müqaviləsi üzərində işə başlamağa hazırıq" - Ceyhun Bayramov

2022-05-12 18:00:00

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya və Ermənistandan olan həmkarları ilə görüşü əldə edilə biləcək irəliləyişləri müzakirə etmək üçün yaxşı fürsət adlandırıb.

Hurriyyet.az xəbər verir ki, nazir eyni zamanda nəqliyyat-kommunikasiya xətlərinin açılması işində irəliləyişin olmadığını vurğulayıb.

“Biz sülh müqaviləsi üzərində işə başlamağa hazırıq. İnanırıq ki, bugünkü görüş, təmasların davam etdirilməsi bu mövzuda müzakirələrin davam etdirilməsinə müsbət təsir göstərəcək”, - C.Bayramov bildirib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya