Ermənistanla Rusiya düşmən olacaqlar? “Putinin adamı” İrəvanın əməllərini sadaladı

2022-12-26 14:41:00

Ermənistanla Rusiya düşmən olacaqlar? “Putinin adamı” İrəvanın əməllərini sadaladı

Hurriyyet.az xəbər verir ki, rusiyalı politoloq və diplomat, RF Dumasının V çağırış deputatı və Avropa Şurası Parlament Assambleyasının üzvü (2007-2011), RF İctimai Palatasının üzvü olmuş, RF Prezidenti V.Putinin etibarlı nümayəndəsi (2012) Sergey Markov öz “Feysbuk” səhifəsində Ermənistanın addım-addım Rusiyadan uzaqlaşdığını bildirib və yaxın gələcəkdə İrəvanın Moskvanın aşkar düşməninə çevrilə biləcəyini proqnozlaşdırıb.

“Ermənistan Rusiyanı tərk edir.

1. Ermənistanın rəhbəri Paşinyan Rusiya sülhməramlılarının Laçındakı fəaliyyətindən çox narazı olduğunu bəyan edib.

2. Ermənistan XİN başçısına görə Moskvadakı üçtərəfli görüş baş tutmayıb. Sadəcə Moskvaya getməyib.

3. BMT Təhlükəsizlik Şurasında ABŞ, Fransa, digər Qərb ölkələri Ermənistanın mövqeyini dəstəkləyiblər. Buna görə də İrəvanda böyük təriflər qazanıblar.

4. BMT Təhlükəsizlik Şurasının iclasında Rusiya nümayəndəsinin obyektib neytral çıxışı Ermənistan parlamentinin spikeri və Ermənistan KİV tərəfindən tənqid olunub.

5. Fransanın xüsusi xidmət orqanları hazırda Paşinyanın xahişi ilə Ermnistanın xarici kəşfiyyat xidmətini formalaşdırırlar.

6. Ermənistan rəhbərliyinin antirusiya mövqeyinin sərtləşdirilməsi Britaniya kəşfiyyatının rəhbərliyinin Ermənistana səfərindən sonra baş verdi.

Rusiya ilə ona düşmən mövqe tutacaq Ermənistan arasındakı münasibətlərin kəskin şəkildə pisləşməsi istənilən anda baş verə bilər”.

Hürr Tərcüman

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.501248