Saat:04:18
Haqqımızda

Ermənistanla İran səmada da əməkdaşlıq edirlər

2024-05-01 14:57:35

Ermənistanla İran səmada da əməkdaşlıq edirlər

Hurriyyet.az xəbər verir ki, Ermənistanla İran aviasiya sahəsində əməkdaşlığı möhkəmləndirirlər. İran təcrübəsinin yerində öyrədilməsi üçün Ermənistan aviasiyasının təmsilçilərinin Tehrana səfəri gözlənilir. 
"Sputnik Ermənistan" agentliyinin xəbərinə görə, müvafiq razılaşma Ermənistanın infrastruktur və ərazilərin idarəetməsi naziri Qnel Sanosyan ilə İranın Mülki Aviasiya Təşkilatının başçısı Məhəmməd Məhəmmədi Baxşı tərəfindən imzalanıb. 
Görüş zamanı tərəflər təyyarələrə texniki xidmət, mütəxəssislərin hazırlanması, iki ölkə arasında uçuşlarının sayının artırılması, həmçinin, nəqliyyat uçuşlarının inkişafı məsələlərini müzakirə ediblər.
İki ölkə arasında aviasiya sahəsində təcrübə mübadiləsi aparmaq və əməkdaşlığı möhkəmləndirmək barəsində razılaşma əldə edilib.
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.207644