Ermənistanla İran baş prokurorları terrorçu axınının qarşısını alacaq, amma harada..."Adımı sənə qoyum səni də yana-yana"

2021-10-13 12:20:00

Ermənistanla İran baş prokurorları terrorçu axınının qarşısını alacaq, amma harada...

Ermənistanla İranın Baş Prokurorları Artur Davtyan və Məhəmməd Cəfər Montazeri görüşü keçirilib və görüş əsnasında regionda terrorçu qrupların varlığının istisna edilməsinin vacibliyini vurğulayıblar.
Görüş zamanı cinayət işi üzrə ekstradisiya və hüquqi yardım, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi, habelə sərhədlərin qanunsuz keçilməsi, qeyri-qanuni miqrasiya sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.
Baş prokurorlar, bu qrupların 2020-ci il müharibəsi zamanı münaqişə bölgəsinə keçirilməsi və yerləşdirilməsi səbəbindən aktual məsələ olan terror qruplarının bölgəyə girməsinin qarşısının alınmasının vacibliyini vurğulayıblar.
Artur Davtyan İran tərəfinin bu mövzuda dözümsüz mövqeyini yüksək qiymətləndirdi və Ermənistanın bu şərlə mübarizədə istənilən formatda iştirak etməyə hazır olduğunu bildirdi. Məhəmməd Cəfər Montazeri, regional sülh və təhlükəsizliyə qarşı bu təhdidlə mübarizə vəzifəsini də vurğulayaraq, İranın öz sərhədlərinin yaxınlığında terrorizmin yerləşdirilməsinə dözməyəcəyini qeyd etdi. 
P.S. Burada deyirlər ki, "adımı sənə qoyum, səni də yana-yana". Ölkədən kənarda 6 ordusnun olmasını fəxrlə səsləndirən İran ilə Livandan, Suriyadan gətirdiyi terrorçularla Qarabağı işğal etdirən Ermənistanın "bölgəyə terrorçu qrupların sızmasından, İran rəsmisinin "sərhədlərində terrorçuların yerləşdirilməsinə dözməyəcəyini" ifadə etməsinə ancaq bir qiymət vermək olar-həyasızlığın pik həddi yaxud "no comment". İran yaxşı olar ki, Hizbullahın narkotrafikdən tutmuş müxtəlif terror aksiyaları ilə zəngin olan tərcümeyi-halını vərəqləsin və bu sahədə zəbgin təcrübəyə malik olduğunu göz önünə alıb səsini belə çıxarmasın, terrordan-terrorçuluqdan danışmasın. 

Ülviyyə, Hurriyyet.az