Ermənistanla birgə təlimlərdə 85 ABŞ hərbçisi iştirak edəcək
Sentyabrın 11-dən 20-dək Ermənistanda keçiriləcək “ EAGLE PARTNER-2023” sülhməramlı təlimində 175-ə yaxın erməni əsgəri ilə yanaşı 85 amerikalı hərbçi də iştirak edəcək.
Armenpress Reuters-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi bildirib.
O bildirib ki, 101-ci Hava Desant Diviziyasının (Hava Hücum) 1-ci briqadasının və Kanzas Milli Qvardiyasının hərbçiləri, eləcə də Ermənistanın 12-ci Sülhməramlı Briqadasının əsgərləri İrəvan yaxınlığındakı Zar və Armavir poliqonlarında təlimlər keçirəcək.
“EAGLE PARTNER-2023” iki ölkəmizdən olan əsgərlərimiz üçün taktiki səviyyədə yeni əlaqələr qurmaq və sülhməramlı əməliyyatlarda qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaq üçün mühüm fürsətdir. Bu, həm də Kanzas Milli Qvardiyasının Ermənistanla qurduğu 20 illik əlaqələrə əsaslanır”, - ABŞ Ordusunun Avropa və Afrika bölməsindən polkovnik Martin O'Donnell bildirib.
Təlim bu ilin sonunda NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində NATO Əməliyyat Bacarıqları Konsepsiyası (OCC) üzrə 12-ci Ermənistan Sülhməramlı Briqadasını qiymətləndirmək üçün planlaşdırılır./azpolitika.az/