Saat:00:16
Haqqımızda

Ermənistanın yeni antirekordu - əhali batan gəmidən qaçan kimi qaçır

2022-01-20 10:20:00

Ermənistanın yeni antirekordu - əhali batan gəmidən qaçan kimi qaçır

MDB məkanında ölkə işsizlik səviyyəsinə görə birinci yerdədir; erməni mediası: “Hər 4 vətəndaşdan biri Ermənistanı tərk edir”; İrəvanda isə xilas yolunu hələ də hakimiyyət dəyişikliyində görənlər var...

Rəsmi Bakının Qarabağla bağlı strateji hədəflərindən biri də şübhə yox ki, anklavda qalan erməni əhalinin cəmiyyətimizə inteqrasiyasıdır. Çünki yalnız o halda ərazimizdə erməni separatizmin kökü birdəfəlik kəsilə, Azərbaycan vətəndaşı sayılan ermənilər xarici məkrli güclərin və çevrələrin, öncəliklə də Türkə nifrəti bitməyən erməni lobbisnin əlində alət olmaqdan çıxa bilər.

Bu yöndə Azərbaycan dövləti yəqin ki, orta və uzaq perspektiv üçün konkret proqram üzərində çalışır. Belə bir proqramı isə həm də “sülhməramlı” adı altında Rusiya  hərbi kontingentinin Qarabağdan həmişəlik çıxarılması zəruri edir. Çünki öz xahişimizlə gəlsə də, yad dövlətin hərbi qüvvələrinin ölkəmizdə uzunmüddətli mövcudluğu suverenliyimiz və ərazi büyölülüyümüz üçün yumşaq desək, arzuolunan deyil - o ki ola Rusiya ordusunun kontingenti...   

*****

“Bakı Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası haqqında düşünür və buna hazırdır”. Belə  bir fikri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin rəhbəri Fərid Şəfiyev Tiflisdə keçirilən konfransda söyləyib.

Onun sözlərinə görə, Bakı həmçinin Ermənistanda yaşamış azərbaycanlıların problemini də qaldırmaq istəyir. “Əgər ermənilər Azərbaycanda yaşayırsa, biz inanırıq ki, azərbaycanlılar da əvvəlki kimi Ermənistanda yaşaya biləcəklər. Bütövlükdə regionun gələcəyi vaxtilə Cənubi Qafqazda mövcud olmuş etnik mozaikanın bərpasından keçir”, - deyə politoloq qeyd edib.

Ermənistan məğlubiyyətə məhkum idi" Andranik Tevanyan

 Andranik Tevanyan 

Niyə də olmasın? Ədalətli, haqlı və konstuktiv bir yanaşmadır. Razılaşmamaq çətindir. Ancaq ermənilər də buna razı və hazırdırmı?

Məsələ ondadır 44 günlük müharibədən sonra belə, erməni cəmiyyətində, ələlxüsus, onun siyasi və ekspert cameəsində geniş anlamda gerçəyin dərki ya yoxdur, ya da çox ağır gedir. Bu da növbəti “isti” fakt: “Qarabağ klanı”na və daşnaklara bağlı “Ermənistan” fraksiyasının deputatı Andranik Tevanyan dünən parlamentdə bildirib ki, hazırda əsas vəzifə geniş ictimai-siyasi konsolidasiya yolu ilə hakimiyyəti dəyişdirməkdir. “Bu, Ermənistanın xilası üçün əsas ilkin şərtdir”, - Tevanyan iddia edib.

“Hazırda Ermənistan 10 noyabr 2020-ci ildə (kapitulyasiya sənədi imzalanan gün - red.) olduğundan qat-qat çətin vəziyyətdədir. Əgər o zaman insanlar şokdan çıxıb küçələrə axışmışdılarsa, indi onlar xaricə köç edir və ya dövlətdən uzaqlaşırlar”, - deyə o vurğulayıb.

Göründüyü kimi, hələ də ağıllanmayıblar. Hələ də anlaya bilmirlər ki, Ermənistanın, erməni xalqının xilası, rifahı heç də hakimiyyət dəyişikliyinə yox, təfəkkür dəyişikliyinə, Türkə nifrətdən təcili qurtuluşa bağlıdır.

Paşinyanı devirmək üçün «qanlı plan» işə salındı: Erməni diasporu İrəvana  silahlı terrorçular göndərib | "Fədai" qəzeti

Söhbət ilk növbədə erməni siyasi elitasından gedir. Axı bu günədək Ermənistan rəhbərliyində daşnaklara, Qarabağ klanına kimi, bütün radikal-millətçilərin təmsilçiləri olub. Ermənilər ağ günə çıxıbmı? Təzədən radikal-revanşistlər iqtidarı ələ keçirsə, çıxa biləcəkmi? Hakimiyyətdə Paşinyan yox, Pişikyan olsa, möcüzəmi baş verəcək? 

Suallar hamı üçün ritorikdir. Əfsuslar olsun ki, təkcə özünə vurğunluğu davam edən “qədim millət”dən savayı. Çar Rusiyasının bizə süni şəkildə sırıdığı qonşu xalqın iztirabları məhz bu səbəbə bitib tükənmək bilmir. Daha bir neçə fakt.

*****

Paşinyanı devirmək üçün "qanlı plan" işə salındı: Erməni diasporu İrəvana  silahlı terrorçular göndərib

“Dünya Bankının (DB) məlumatına görə, keçmiş SSRİ respublikaları arasında Ermənistan işsizlik səviyyəsinə görə birinci yerdədir. Ölkə üzrə bu göstərici 20,21%-ə çatıb”.

Hurriyyet.az xəbər verir ki, bunu “Ermənistan” müxalifət blokundan olan deputat Artur Xaçatryan Mərkəzi Bankın sədr müavininin seçilməsi məsələsinin müzakirəsi zamanı bildirib.

“Dünya Bankının hesabatına əsasən, ikinci yerdə Gürcüstandır -12,05%. Əgər biz işsizlik baxımından birinci yerdəyiksə, onda necə deyə bilərik ki, ölkəmizdə iqtisadi vəziyyət kifayət qədər məqbuldur?”, - deyə o sual edib.

Bütün bunlar, Xaçatryana görə, iqtisadiyyatda “misli görünməmiş uğurlar”ın olduğunu iddia edən mövcud iqtidar nümayəndələrinin bəyanatlarına ziddir.

*****

“Diqqət edin, özü də ölkədə işsizlik səviyyəsi miqrasiyanın artması ilə paralel artır. Ermənistanın hər 4-cü vətəndaşı ölkəni tərk edir. Onlar müxtəlif səbəblərdən çıxıb gedirlər - yeni müharibə təhlükəsi, sonu görünməyən iqtisadi çətinliklər, özü və övladları üçün perspektivlərin olmamasına görə”.

Bu sitat isə Armenianreport.com redaksiya məqaləsində yer alıb.

Məqalədə habelə deyilir: “Əhali ölkədən milli rüsvayçılığa görə gedir. Müharibədəki məğlubiyyətdən və ”artsax"ın böyük hissəsinin itirilməsinə dözə bilmədiyi üçün baş götürüb gedir. Amma bunca miqrasiyayaya baxmayaraq, ölkədə hələ də hamı üçün kifayət qədər iş yeri yoxdur. Paradoks? Xeyr, müasir Ermənistanın acınacaqlı reallığı. Əhalisi 5 milyona çatacaq Ermənistan? 1,5 milyon yeni iş yeri? Yoxsulluğa qalib gələcəyik? Paşinyan, deyəsn, axı öz strategiyasında bunları vəd eləmişdi. Gülməlidir. İnsanlar Ermənistandan batmaqda olan gəmidən qaçan gəmi kimi qaçırlar, qalan kütlə isə kəskin narazılıq içindədir..."

Görəsən, on illəridr “miatsum” və cənnət nağıllarına qulaq asmağa məcbur edilən, əsl dost-tərəfdaşları - Azərbaycan və Türkiyəni düşmən, düşmənləri isə dost kimi təqdim və təbliğ edilən erməni xalqının aqibəti ayrı necə olmalı idi... 

“Yeni Müsavat”

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR