"Ermənistanın təxribatlarına qarşı gücdən istifadə etmək məcburiyyətindəyik" - ELXAN ŞAHİNOĞLU

2022-09-13 11:37:00

"Azərbaycana daha çox Rusiya mane olmaq istəyəcək, ancaq zaman Kremlin əleyhinə işləyir"

"Gözlənilən idi. Nə qədər ki, sülh sazişi imzalanmayıb, Azərbaycanla Ermənistan arasında toqquşmalar fasilələlərlə davam edəcək. Rəsmi Bakı xoş niyyət göstərərək, erməni diversantları Ermənistana iadə etdi. Ancaq İrəvan bu xoş niyyətə Kəlbəcərə və Laçına atəş açmaqla cavab verdi, axşamlar yollara yenə minalar döşədi". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

Azərbaycanın yaxın müddətdə Kəlbəcəri və Laçını məskunlaşdıracağını vurğulayan politoloqun sözlərinə görə, imkan vermək olmaz ki, Laçın və Kəlbəcər atəş altında olsun: "Ona görə də Ermənistandan Kəlbəcər və Laçına təhlükə yaradan atəş nöqtələrinin neytrallaşdırılmasına ehtiyac var idi. Ermənistan hakimiyyəti və Qarabağ separatçıları yalnız gücə tabe olurlar, İrəvan razılaşmaları daim pozur. Onlar qarşılarında güc gördükdə geri çəkilirlər. Demək, biz daim bu alətdən qarşı tərəfin təxribatlarına qarşı istifadə etmək məcburiyyətindəyik. Bu zaman Azərbaycana daha çox Rusiya mane olmaq istəyəcək. Ancaq zaman Rusiyanın əleyhinə işləyir. Ukrayna ordusu uğurlu əks-hücumlar həyata keçirir. Rusiya ordusu geri çəkilir, imicinə zərbə dəyib, dünyanın ikinci böyük ordusu məğlub duruma düşüb".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri hesab edir ki, belə vəziyyətdə olan Rusiyanın Azərbaycana sərhəddə və Qarabağda qayda-qanun yaratmasını əngəlləməsi Moskvaya əlavə problemlər yaradacaq.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.058442