Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir - İran səfiri
2023-01-20 16:31:00
.jpg)
"Ermənistanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir".
Hurriyyet.az xəbər verir ki, bunu Sünik vilayətinə səfəri zamanı İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri deyib.
"Tehran bütün qonşuları ilə münasibətdə müxtəlif sferalarda əməkdaşlığın inkişafına yönələn siyasət yürüdür. Ermənistan bizim dost olan qonşularımızdandır və ona münasibətdə də belə siyasət yürüdülür. Xarici işlər nazirimizin qeyd etdiyi kimi, Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir", - deyə səfir söyləyib.
Qeyd edək ki, bu yaxınlarda İran və Ermənistanın paytaxtları - Tehran və İrəvan rəhbərliyi arasında şəhərlərin qardaşlaşması haqqında anlaşma imzalanıb.
modern.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya