Saat:04:54
Haqqımızda

"Ermənistanın silahlanması sülh müqaviləsinə ziddir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2024-01-31 14:45:49

"Azərbaycan Ermənistanla sülh müqaviləsinə silahlanmadan imtina etməsini şərt kimi irəli sürməlidir"

"Ermənistan sürətlə silahlanır, müdafiə xərcləri və yeni silahların alınması istiqamətində milyonlarla dollar vəsait artırılır. Baş nazir Nikol Paşinyan yeni silahların alınacağını hökumətin əsas strateji xətti olduğunu vurğulayıb. Azərbaycanla sülh müqaviləsinin bağlanması istiqamətində aparılan danışıqlar müstəvisində Ermənistanın silahlanması sual doğurur". Hurriyyet.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.

Politoloq qeyd edib ki, Ermənistandakı revanşist qüvvələrin hakimiyyətə gəlmək iddiaları qalmaqdadır: "Ermənistanın silahlanması regionun təhlükəsizliyi üçün riskdir və silahlanma prosesi davam edəcəksə, bu ölkə ilə sülh müqaviləsinin bağlanması yetərli deyil. Azərbaycan Ermənistanla sülh müqaviləsinə silahlanmadan imtina etməsini şərt kimi irəli sürməlidir. Ermənistanın hazırda həyata keçirdiyi siyasət fonunda sülh müqaviləsinin bağlanması mümkün deyil".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.200457