"Ermənistanın Rusiyadan qopması uzun və riskli bir yoldur" - ŞAHİN CƏFƏRLİ

2023-09-06 12:07:07

"Bizim üçün prioritet Qarabağda Rusiya qüvvələrinin faktiki nəzarət bölgəsində Azərbaycanın suverenliyinin bərpasıdır"

"Ermənistan ABŞ-la birgə hərbi təlimlər keçirəcək. Təlimlər 11-20 sentyabr tarixlərində Ermənistan ərazisində təşkil olunacaq. Dünən isə məlumat yayıldı ki, Ermənistan hökuməti ilk dəfə olaraq Ukraynaya humanitar yardım göndərib". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli qeyd edib.

Siyasi şərhçinin sözlərinə görə, Ermənistanın Rusiyadan qopması uzun və riskli bir yoldur: "Erməni ictimai rəyində nüfuzunu xeyli itirsə də Rusiyanın bu siyasəti dayandırmaq, orada öz mövqelərini qorumaq imkanları qalır. Peskovun dünənki açıqlamasında çox önəmli bir məqam var idi. Peskov "Rusiya Cənubi Qafqazı tərk etməyəcək, Ermənistandan çıxmayacaq" demədi, Rusiyanın bu bölgənin ayrılmaz tərkib hissəsi olduğunu vurğuladı. Yəni ki, "Rusiya da Qafqaz ölkəsidir, aid olduğu regiondan necə çıxa bilər" mesajını verdi".

"Ümid etmək istərdim ki, biz Moskvanın Paşinyana qulaqburması verməsində hər hansı şəkildə iştirak etmərik" deyən Şahin Cəfərli bildirib ki, bizim üçün prioritet Qarabağda Rusiya qüvvələrinin faktiki nəzarət bölgəsində Azərbaycanın suverenliyinin bərpasıdır.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.176284