Saat:22:37
Haqqımızda

Ermənistanın Rusiyadan müdafiə üçün Aİ-dən yardım istəməsinə Lavrovun münasibəti

2025-12-18 16:41:10

Ermənistanın Rusiyadan müdafiə üçün Aİ-dən yardım istəməsinə Lavrovun münasibəti

Hurriyyet.az xəbər verir ki, RF XİN rəhbəri Sergey Lavrov Avropa İttifaqı diplomatiyasının rəhbəri Kaya Kallasın 2026-cı ilin parlament seçkilərində Aİ-nin Ermənistana xarici müdaxilələrdən qorumağa kömək edəcəyi vədi ilə bağlı fikirlərini səsləndirib. Lavrov bu dəstəyin "Moldovada etdikləri kimi, zərərli xarici müfaxilə olacağını" söyləyib.
Rusiyanın xarici işlər naziri qeyd edib ki, ATƏT-in Demokratik İnstitutlar və İnsan Hüquqları Bürosu artıq çoxdan siyasi təzyiq alətinə çevrilib, seçkiləri müşahidə missiyalarının hazırladıqları hesabatlar isə geosiyasi mülahizələrlə diqtə olunur".
Lavrov deyib: "Qalib qərbpərəst siyasətçi olmayanda, ən sərt qiymətlər verilir, hətta təkrar seçkilərin keçirilməsi tələb olunur. Qərbin fəal şəkildə dəstəklədiyi biri qalib gələndə isə, bunu "demokratiyanın təntənəsi" kimi təqdim edirlər. Seçkilərlə bağlı belə hesabatlar əvvəldən hazırlanır. Bu, hamıya bəllidir. Bütün bunlar avropaittifaqçıları tərəfindən "elektroial müşahidənin qızıl standartları" kimi səciyyələndirilir".
Xatırladaq ki, bu günlərdə Kaya Kallas Ermənistanın Avropa İttifaqına müraciət edərək, seçkilərə xarici müdaxilərinin qarşısının alınmasında dəstək verilməsini xahiş etdiyini bəyan edib. İlk növbədə Rusiya tərəfindən gələ biləcək risklərin olduğundan söhbət gedib.
Hürr Tərcüman