"Ermənistanın Qarabağla bağlı təklifləri qəbuledilməzdir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2023-02-16 15:35:00

"Son günlər Rusiya da prosesdə aktivlik nümayiş etdirir və əsas məqsəd İrəvanla Bakı arasında birbaşa təmasın qarşısını almaqdır, lakin prezident İlham Əliyev Kremlin bu siyasətinin qarşısını alacaq"

"Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında Azərbaycana sülh müqaviləsinin təkliflərini verdiyini və Azərbaycanın da maraqlarına cavab verməli olduğunu vurğulayıb. Nikol aşinyan bu mövqeyi ilə "ədalı və qalib" ölkə kimi danışır. Halbuki, məğlub olan, kapitulyasiyaya imza ataraq ordusu darmadağın edilən bir ölkənin lideridir". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin fikrincə, Paşinyanın bu cür çıxış etməsi Fransa və Avropa İttifaqının siyasi dəstəyindən irəli gəlir: "Qeyd edim ki, Paşinyan Azərbaycanla danışıqlarda irəliləyiş olduğunu da vurğulayıb. Hazırda bu danışıqlar üçüncü tərəfin iştirakı olmadan Bakı və İrəvan arasında birbaşa reallaşır. Ermənistanın irəli sürdüyü təkliflərdə Qarabağa dair bənd yer alır və bu bənd əsasən, təhlükəsizlik və hüquqi məsələləri əhatə edir. Ümumiyyətlə, Ermənistanın Qarabağla bağlı təklifləri qəbuledilməzdir və bu məsələ Azərbaycanın daxili işidir. Ermənistanın təklifləri və danışıqlarda irəliləyiş hər hansı bir prosesə müsbət təsir etməyəcək".

Politoloqun sözlərinə görə, Paşinyan vaxt qazanmağa çalışır və sülh müqaviləsinin bağlanmasına tələsmir: "Odur ki, Ermənistanın yeni təklifləri Azərbaycan tərəfindən qəbul edilməyə bilər. Son günlər Rusiya da prosesdə aktivlik nümayiş etdirir və əsas məqsəd İrəvanla Bakı arasında birbaşa təmasın qarşısını almaqdır. Lakin prezident İlham Əliyev Kremlin bu siyasətinin qarşısını alacaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.270350