Saat:21:38
Haqqımızda

Ermənistanın partiya sədri: "Serj Sarqsyan hakim qarşısına çıxmalıdır"

2025-04-16 00:15:19

Ermənistanın partiya sədri:

"Ermənistanın keçmiş prezidentləri Serj Sarqsyan və Robert Koçaryan təkcə etdiklərinə görə deyil, həm də etmədikləri və xalqı məhrum etdikləri şeylərə görə də məsuliyyət daşımalıdırlar".

Bunu ölkənin müxalif "Respublika naminə" partiyasının sədri Arman Babacanyan deyib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın iradəsi və bacarığı çatmadığından hər iki şəxs cəzadan yayına bildilər: "Serj Sarqsyanın siyasətə qayıtmaq haqqı yoxdur".

Partiya sədri vurğulayıb ki, S.Sarqsyanın hakimiyyəti dövründə oliqarxik siyasi sistem, avtoritar idarəçilik mədəniyyəti formalaşıb:

"Onun adı korrupsiya, seçkilərin saxtalaşdırılmasının rəmzi sayılır. Xalqın seçimini və gələcəyini oğurlamış şəxs partiya salonlarında çıxış etməli deyil, hakim qarşısına çıxmalıdır". \\Ölkə.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.222428