Saat:06:37
Haqqımızda

Ermənistanın Oxçuçayı çirkləndirməsinin qarşısını almaq üçün İŞLƏRƏ BAŞLANILDI

2021-10-16 19:54:00

Ermənistanın Oxçuçayı çirkləndirməsinin qarşısını almaq üçün İŞLƏRƏ BAŞLANILDI

"Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyatı qurumlar Ermənistanın Oxçuçayı çirkləndirmə səviyyəsini azaltması ilə bağlı əməli işlərə başlanılıb”.

 

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

 

Onun sözlərinə görə, çayların çirkləndirilməsinin dayandırılması vacib məsələdir: "Çünki azad edilən ərazilərə qayıdan əhalinin təmiz su ilə təminatı dövlətin öhdəliyidir”.

 

O xatırladıb ki, Azərbaycanın Ermənistan ərazisindən keçib gələn 4 çayı var: "Bunlar Bərgüşad, Oxçuçay, Bəsitçay və Araz çayıdır. Araz çayı İran və Ermənistan ərazilərindən keçməklə gəlir. Bu çayların içərisində çirklənməsinə görə ən kritik vəziyyətdə olan Oxçuçaydır”. \\AZXEBER.COM 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR