Saat:22:54
Haqqımızda

Ermənistanın müdafiə naziri: Hər zaman MÜHARİBƏ TƏHLÜKƏSİ var

2022-12-01 22:59:00

Ermənistanın müdafiə naziri: Hər zaman MÜHARİBƏ TƏHLÜKƏSİ var

Sentyabrın 12-13-dən sonra sərhəddə həmişə atışma olur.

Bunu Ermənistanın müdafiə naziri Suren Papikyan dekabrın 1-də parlamentdə jurnalistlərə müsahibəsində sərhəddəki vəziyyətlə bağlı sualları cavablandırarkən deyib.

“Hazırda başqa şərhim yoxdur. Müdafiə Nazirliyi hər gün rəsmi açıqlamalar verir”, – deyə Papikyan bildirib.

Müharibə təhlükəsinin olub-olmaması ilə bağlı suala isə Papikyan belə cavab verib: “Hər zaman müharibə təhlükəsi var”.

Hindistandan silah alınmasına gəlincə, Müdafiə Nazirliyinin rəhbəri məxfi məlumatlara münasibət bildirməyəcəyini bildirib. \\KONKRET.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR