Saat:05:53
Haqqımızda

Ermənistanın milli qəhrəmanı həbs edildi

2025-01-04 15:34:41

Ermənistanın milli qəhrəmanı həbs edildi

Ermənistanın milli qəhrəmanı, general-mayor Tiran Xaçatryan həbs edilib.

Hurriyyet.az xəbər verir ki, onun həbsi İkinci Qarabağ müharibəsi ilə bağlıdır.

Bu barədə Tiran Xaçatryanın vəkili Varazdat Arutyunyan məlumat yayıb.

Maraqlıdır ki, Xaçatryan milli qəhrəman adını müharibənin ən qızğın vaxtında, 2020-ci ilin oktyabrında alıb və bu adı ona Baş nazir Nikol Paşinyan verib. Lakin sonradan general gözdən düşüb və 2021-ci ilin fevralında vəzifəsindən uzaqlaşdırılıb. Buna səbəb Xaçatryanın Paşinyanın “İsgəndər” raketləri ilə bağlı bəyanatına cavab olaraq ironik açıqlamaları olub. General dəfələrlə hakimiyyətin siyasətinə tənqidi qiymətlər verib.

qafqazinfo.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.224208