Ermənistanın KTMT-dəki təmsilçisi geri çağrıldı
2023-09-06 08:03:34
Hurriyyet.az xəbər verir ki, Ermənistan Prezidenti Vahan Xaçaturyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) daimi və səlahiyyətli nümayəndəsi Viktor Biyaqovu geri çağırıb. Ermənistan Prezidentinin fərmanında deyilir ki, qərar ölkənin Baş naziri Nikol Paşinyanın təqdimatı ilə verilib. KTMT-yə yeni daimi nümayəndə təyin edilməsi barəsində hələ sərəncam verilməyib.
Xaçaturyan Biyaqova iki yeni vəzifə verib – onu Niderlanda səfir və Kimyəvi Silahların Qadağanı Təşkilatında Ermənistanın daimi nümayəndəsi təyin edib.
Biyaqov 2018-ci ildən bəri Ermənistanın KTMT-dəki daimi təmsilçisi vəzifəsini icra edirdi.
Hürr Tərcüman