Saat:22:09
Haqqımızda

Ermənistanın keçmiş müdafiə nazirinin ABŞ-dakı mülkünə həbs qoyulması tələb edilib

2024-12-24 15:22:47

Ermənistanın keçmiş müdafiə nazirinin ABŞ-dakı mülkünə həbs qoyulması tələb edilib

Hurriyyet.az xəbər verir ki, Ermənistan hökuməti ABŞ-dan keçmiş müdafiə naziri Vigen Sarkisyanın  Massaçusets ştatındakı mülkünə həbs qoymağı xahiş edib.
Bu barədə prokuror Saşik Avetisyan məlumat verib: "Çirkli pulların yuyulmasında ittiham edilən Vigen Sarkisyanın ABŞ-dakı mülkünü qeyri-qanuni yolla əldə eləməsi nəzərə alınaraq, müstəntiqin qərarı ilə onun əmlakına həbs qoyulub. Bu qərar İrəvanın ümumi ədliyyə məhkəməsi tərəfindən təsdiqlənib".
Qərar ABŞ-ın səlahiyyətli orqanalrına da təqdim edilib.
Hürr Tərcüman