“Ermənistanın iki hissəyə parçalanacağı, Zəngəzur və Göyçənin Azərbaycana keçəcəyi gözlənilir”

2022-12-28 16:32:00

“Ermənistanın iki hissəyə parçalanacağı, Zəngəzur və Göyçənin Azərbaycana keçəcəyi gözlənilir”

“Arutyunyan və Vardanyanın Xankəndiyə girən əsgərlərimiz tərəfindən həbs edilərək Bakıya gətiriləcəyi ehtimalının da çox böyük olduğunu söyləyə bilərəm”

“Rusiya-İran sərhədində rus sərhədçiləri durur. Yəni doğrudanmı İranın rus sərhədçilərini çeynəyib, Zəngəzura daxil ola biləcəyini, burada da Türkiyə ilə kəllə-kəlləyə gəlmək istəyəcəyini düşünürsünüz?”

“Hadisələr ermənilər üçün son dərəcə təhlükəli istiqamətdə inkişaf edir. Çətin ki, bu ölkəyə görə Fransa və ABŞ Rusiya ilə kəllələşmək istəsin”

“Hər şey artıq razılaşdırılıb və yaxın zamanda şad xəbərin ardınca şad xəbər eşidəcəyik. Buna şübhə etmirəm”

Hurriyyet.az xəbər verir ki, tanınmış türkşünas alim, politoloq Bəxtiyar Tuncay Ermənistanın gələcəyi ilə bağlı proqnozlarını paylaşıb.

Bəxtiyar Tuncay öz “Feysbuk” səhifəsində yazıb: “Ermənistanın Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryanın sözlərinə görə, Rusiya Ermənistanı öz suveren ərazisindən Azərbaycana dəhliz verməyə məcbur edir. Söhbət əlbəttə ki, Azərbaycan, Türkiyə və ümumilikdə Türk dünyasına lazım olduğu qədər Rusiyaya da hava və su qədər lazım olan Zəngəzur dəhlizindən gedir. Qriqoryanın iddiasına görə, Rusiya həm də Ermənistanın Rusiya-Belorus İttifaqına daxil olması üçün rəsmi İrəvana basqı yapır. Kreml bu cür basqının olduğunu inkar etsə də, Zəngəzur dəhlizi məsələsinin Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli sazişin mühüm tərkib hissəsi olduğunu dəfələrlə bəyan edib.

Sözügedən dəhliz Rusiyaya Dağıstan və Azərbaycan üzərindən Türkiyəyə və İrana, Türkiyə üzərindən Aralıq dənizinə, İran üzərindən də Fars körfəzi və Hind okeanına dəmir yolu çıxışının əldə edilməsi, bu yolla Qərbin iqtisadi sanksiyalarının mənfi təsirindən qismən də olsa, xilas olması üçün lazımdır.

İttifaq dövləti məsələsinə gəlincə, Rusiyanın inkar etməsinə rəğmən, Ermənistana belə bir basqı da edildiyinə heç bir şübhə yoxdur. Hər halda, Armen Qriqoryanın bunu özündən uydurduğunu, heç bir səbəb olmadan Rusiyaya şər atdığını düşünmək üçün heç bir ciddi əsas yoxdur.

Ermənistan hələlik var gücü ilə dirənir. Fəqət onun "var gücünün" nə qədər olduğunu bilirik. Bilirik ki, siyasi cəhətdən müəyyən qədər dirənmək gücü olsa da, hərbi dirəniş gücü yoxdur. Madam ki, dinc yolla razılaşmır, deməli, onu silah gücünə "razı salmaq" lazım gələcək.

Yox, əlbəttə ki, qulaqlarının dibinə qədər "Ukrayna bataqlığı"na batan və çapalamaqda olan Rusiya bunu özü etməyəcəkdir. Türkiyə ilə əldə edilmiş gizli razılıq əsasında bunu Azərbaycan və Türkiyənin birləşmiş orduları, yəni Turan ordusu həyata keçirəcəkdir.

Yaxın zamanda Turan, yəni Türk-İslam ordusunun həm Qarabağda, həm də Zəngəzurda və çox güman ki, Göycə istiqamətində hərbi əməliyyatlara başlayacağı, Ermənistanın iki hissəyə parçalanacağı, Zəngəzur və Göyçənin Azərbaycana keçəcəyi gözlənilir.

Ermənistan İrəvanı da itirməmək üçün məcbur Rusiya-Belorus İttifaqına qoşulacaq. Yox, bunu Paşinyan etməyəcək. Onun ölkəsini xoşluqla Rusiyanın müstəmləkəsinə çevirəcəyi inandırıcı deyil. Bunu onu devirən Rusiya yönümlü müxalifət edəcək.

Yox, Paşinyanı devirmək mümkün olmasa, ermənilər gələcəkdə İrəvanı da itirəcəklər, ya da Ermənistanın qalan hissəsi Türkiyəyə birləşəcək.

Hadisələr ermənilər üçün son dərəcə təhlükəli istiqamətdə inkişaf edir. Çətin ki, bu ölkəyə görə Fransa və ABŞ Rusiya ilə kəllələşmək istəsin.

Bəs, İran?

Rusiya-İran sərhədində rus sərhədçiləri durur. Yəni doğrudanmı İranın rus sərhədçilərini çeynəyib, Zəngəzura daxil ola biləcəyini, burada da Türkiyə ilə kəllə-kəlləyə gəlmək istəyəcəyini düşünürsünüz?

Hər şey artıq razılaşdırılıb və yaxın zamanda şad xəbərin ardınca şad xəbər eşidəcəyik. Buna şübhə etmirəm. Hətta Arutyunyan və Vardanyanın Xankəndiyə girən əsgərlərimiz tərəfindən həbs edilərək Bakıya gətiriləcəyi ehtimalının da çox böyük olduğunu söyləyə bilərəm.

Gözləyin, dostlar, az qalıb”.

Hürr Tərcüman

Bəxtiyar Tuncay: “Yeni dünya düzəni tamam fərqli olacaq... Azərbaycan  Ermənistanı 1918-1920-ci il xəritələri əsasında sülhə məcbur edəcək”


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.277341