“Ermənistanın əməlinə cavab olaraq bu addımı atdıq”

2023-05-03 12:59:00

“Ermənistanın əməlinə cavab olaraq bu addımı atdıq”

Hurriyyet.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyənin NTV telekanalına müsahibəsində Türkiyənin öz hava məkanını Ermənistan təyyarələrinə bağlamasından danııb. Bunun səbəbinin Türkiyə ilə Azərbaycanın dövlət xadimlərinə qarşı  törədilmiş “Nemesis” terror əməliyyatına həsr olunan abidənin aprelin 25-i Ermənistanın paytaxtı İrəvanda ucaldılması olduğunu söyləyib. Çavuşoğlu deyib: “Bunu qəbul eləməmiz mümkün deyil. Cavab olaraq hava məkanımızı Ermənistan təyyarələrinə bağladıq. Bircə Ermənistan parlamentinin başçısını sammitdə iştirak üçün Türkiyəyə gətirəcək təyyarəyə istisna olaraq icazə verdik. Ermənistan bu cür davam etsə, biz də yeni addımlar atacağıq”.

Ermənistan mətbuatının yazdığına görə, aprelin 29-dan etibarən Türkiyənin hava məkanı “Flayvan Armeniya” aeroşirkətinin təyyarələri üçün bağlanıb.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.130004