Ermənistanın baş naziri Nikol Paşinyana tələb qoyuldu: "Geniş miqyaslı rəngarəng şənlikdən" imtina edin

2021-09-14 16:42:00

Ermənistanın baş naziri Nikol Paşinyana tələb qoyuldu:

II Qarabağ müharibəsində həlak olan erməni hərbçilərin valideynləri 21 sentyabrda İrəvandakı Respublika Meydanında "geniş miqyaslı rəngarəng şənlikdən" imtina etmək tələbi ilə Ermənistanın baş naziri Nikol Paşinyana müraciət ediblər.
"Hazırkı baş nazir sentyabrın 8 -də hökumət iclasında dedi:
"Respublika meydanında ilk növbədə Ermənistanın və "Artsaxın" müstəqilliyi, suverenliyi uğrunda həlak olanların xatirəsinə həsr olunacaq geniş miqyaslı rəngarəng bayram tədbiri keçiriləcək".
Biz - həlak olmuş qəhrəmanların valideynləri, arvadları, ailə üzvləri 21 sentyabrda-müharibənin birinci ildönümündən cəmi 6gün əvvəl - təşkil edilən rəngarəng konserti saymamazlıq, iyrənc hərəkət hesab edirik.
Oğullarımızın ölümündən bir il belə keçməyib, yüzlərlə valideyn hələ də oğullarını və ərlərini axtarır, hər gün qeyri-insani işgəncələrə məruz qalan məhkumlar var. Belə bir şəraitdə oğlanlarımıza həsr olunacağını bəyan edərək rəngarıng konsertin keçirilməsini uşaqlarımızın xatirsəinə və özümüzə qarşı ağır təhqir sayırıq.
Sizi bu niyyətdən əl çəkib Müstəqillik Gününü situasiyaya uyğun digər tədbirlərlə bir arada qeyd etməyə çağırırıq”, - deyə bəyanatda bildirilir.
Bəyanatı 300-dən çox valideynlər və ailə üzvləri imzalayıblar.
Ülviyyə Şükürova
Hurriyyet.az