Ermənistanın 4 məktəbində Azərbaycan dilinin tədrisi başladı

2022-09-16 11:08:00

Ermənistanın 4 məktəbində Azərbaycan dilinin tədrisi başladı

Ermənistandakı 23 məktəbin şagirdləri region dillərini öyrənməyə başlayıb.

Hurriyyet.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanlın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin məlumat yayıb.

Bildirilib ki, 23 məktəbdən 9-da türk, 7-də fars, 4-də Azərbaycan, 3-də gürcü dili tədris olunur. Təhsil ya dərnəklər formatında, ya da üçüncü xarici dil formatında aparılır. Qarışıq formatdan istifadə edən məktəblər də var.

Qeyd edək ki, Ermənistanın ümumtəhsil məktəblərində regional dillərin tədrisi proqramı 2022-ci ilin sentyabrından başlayıb. Proqrama əsasən, Azərbaycan və türk dillərinin tədrisi yalnız orta məktəblərdə - 10-12-ci sinif şagirdləri üçün təşkil olunacaq. Gürcü və fars dillərini öyrənmək ibtidai və orta sinif şagirdləri üçün əlçatan olacaq.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.060312