Ermənistanı Ukraynanın taleyi gözləyir? - Lavrovdan açıqlama
2025-05-21 14:45:25

Hurriyyet.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın "Rusiyanın müttəfiqi və dostu" olduğuna görə "Ukraynaya çevirilməsi üçün səbəb" görmədiyini bildirib.
Lavrov İrəvanda həmkarı ararat Mirzoyanla birlikdə keçirdiyi mətbuat konfransında deyib: "Ermənistanın ukraynalaşması üçün heç bir səbəb görmürəm. Ermənistan - bizim müttəfiqimizdir, bizim dostumuzdur. Ermənistan rus dilini, rus mədəniyyətini qanunsuz elan eləmir".
Mirzoyan da öz növbəsində bəyan edib ki, Ermənistan Avropa İttifaqına üzv olmaq üçün bu birliklə danışıqlar aparmır.
Hürr Tərcüman
