Saat:15:38
Haqqımızda

"Ermənistandan Qarabağa hərbçi göndərilməsinin qarşısı alınmalıdır" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2022-01-21 13:28:00

"Prezident İlham Əliyevin sülhməramlı qüvvələrlə bağlı narazılığını ifadə etməsi, "Laçın dəhlizinə nəzarət edirik" qeydləri göstərir ki, rəsmi Bakı Laçın dəhlizində post qurmaq planına malikdir"

"Rusiya sülhməramlı qüvvələrinin Laçın dəhlizində və ermənilərin yaşadığı ərazidəki fəaliyyətinə Azərbaycan nəzarət edir. Sülhməramlılar artıq addımlar atanda Azərbaycanın reaksiyası necə olacağını hesablayırlar". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.

Politoloqun sözlərinə görə, prezident İlham Əliyevin sülhməramlı qüvvələrlə bağlı narazılığını ifadə etməsi, "Laçın dəhlizinə nəzarət edirik" qeydləri göstərir ki, rəsmi Bakı Laçın dəhlizində post qurmaq planına malikdir: "Həmçinin, sülhməramlı qüvvələrinin fəaliyyətini Azərbaycanın təhlükəsizliyinə təhdid kimi görür. Düşünürəm ki, Azərbaycanın Laçın dəhlizinə nəzarəti bərpa etməsi mümkündür. Bunun üçün ilk növbədə Ermənistan öz silahlı qüvvələrini Qarabağdan geri çəkməlidir. Əgər Ermənistan Qarabağa əsgər göndərməsə, yerli ermənilərdən bu qədər "özünü müdafiə qüvvələri" təşkil edilə bilməz. Ona görə də ilk növbədə Ermənistandan Qarabağa mülki geyimdə hərbçi göndərilməsinin qarşısı alınmalıdır".

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin fikrincə, əgər Ermənistan tərəfi və Rusiya silahlı erməni birləşmələrini bu ərazidən çıxarmasa, o zaman Azərbaycan müvafiq tədbirlər görə bilər: "Bundan əlavə, Ermənistanla danışıqlarda ilk növbədə bu məsələ gündəlikdə olmalıdır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR