Ermənistandan KTMT ilə bağlı açıqlama
2025-11-26 12:56:05
Hurriyyet.az xəbər verir ki, Ermənistan KTMT ilə bağlı mövqeyini açıqlayıb. Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Safaryan Ermənistanın KTMT-dən çıxması məsələsinin ölkənin Xarici İşlər Nazirliyinin gündəliyində olmadığını bəyan edib.
Safaryan deyib: "Ermənistanın KTMT-yə münasibətdə siyasəti əvvəldən bildirilib: biz iştirak etmirik, eyni zamanda qərarların və sənədlərin qəbul edilməsinə mane olmuruq".
Diplomat Ermənistanın xarici siyasətini öz maraqlarına və mövcud vəziyyətə əsaslanaraq həyata keçirdiyini söyləyib.
Hürr Tərcüman
