Ermənistandakı Rusiya hərbçiləri təlimlərə başladı
.jpg)
Rusiya Federasiyasının Cənub Hərbi Dairəsinin (CHD) Ermənistandakı hərbi bazasının Pilotsuz Uçuş Aparatları (PUA) bölməsinin hərbçiləri təlimlər zamanı bir sıra xüsusi tapşırıqları yerinə yetiriblər.
Hurriyyet.az xəbər verir ki, bu barədə CHD-nin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, PUA bölmələri artilleriya bölmələri və xüsusi təyinatlı qruplarla birgə ərazi kəşfiyyatı aparıb və şərti düşmənin yer hədəflərinə atəş açıb.
Mütəxəssislər kəşfiyyat komplekslərinin yerləşdirilməsi, onların hazırlanması, o cümlədən əllə və katapultla işə salınması normalarını təhvil verib, dağlıq ərazinin çətin əldə edilən hissələrində uçuş həyata keçirib, həmçinin, çətin dağlıq şəraitində hava gəmisinin təhlükəsiz eniş bacarıqlarını nümayiş etdiriblər.
Bundan əvvəl Rusiya hərbi bazasının hərbçiləri PUA-ların taktiki-texniki xüsusiyyətləri, hava məkanından istifadə və bölüşdürülmə qaydaları, hava hərəkətinin planlaşdırılması və əlaqələndirilməsi üzrə sınaqlardan keçiblər. (yenisabah)
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya