Ermənistandakı Rusiya bazasının qarşısında növbəti etiraz aksiyası

2023-01-30 08:00:00

Ermənistandakı Rusiya bazasının qarşısında növbəti etiraz aksiyası

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, yanvarın 29-da erməni radikallar Gümrüdəki Rusiya hərbi bazasının qarşısında yenidən təxribat törədiblər. Yerli mətbuatın yazdığına görə, erməni etirazçılar artıq üçüncü dəfədir ki, Rusiyanın Gümrüdəki (Şirak vilayəti) 102 saylı  hərbi bazasını blokadaya almağa cəhd göstərirlər.

Mitinqin təşkilatçısı “Milli-demokratik qütb” (Sasna Tsrer) partiyasıdır. Aksiyada 100 nəfərə yaxın etirazçı iştirak edib. Nümayişçilərin əlində Baş nazir Nikol Paşinyanın və Rusiyanın əleyhinə şüarların yazıldığı plakatlar olub.

Gümrüdəki bazanın qarşısındakı mitinqin məqsədləri

Təşkilatçıların bəyan elədiyinə görə, aksiyanın məqsədi diqqəti Laçın yolundakı vəziyyətə cəlb eləmək, bunun üçün “Moskvaya təzyiq göstərmək” olub.

“Milli-demokratik qütb” partiyasından olan radikallar bununla artıq üçüncü dəfədir ki, Gümrüdəki Rusiya hərbi bazasının qarşısında nümayiş keçirirlər.

Birinci dəfə – yanvarın 8-də onlar bazanın qarşısında gedən yolu bağlamaq istəsələr də, polis buna imkan verməyib. Ən fəal nümayişçilər mitinqlərlə bağlı qanunu pozmaqda və hüquq-mühafizə orqanlarının əməkdaşlarına tabe olmamaqda təqsirləndirilərək saxlanılmışdılar.

Ardından, yanvarın 15-də mitinq eştirakçıları avtoyürüş təşkil etmiş, bazanı “blokadaya almaq üçün” onun qarşısında çadırlar qurmaq istəmişdilər. Lakin təşkilatçıların qarşısını Şirak vilayətinin rəhbərliyindən icazə almaq zərurəti kəsmişdi – bazar günü olduğundan  məmurlar işə çıxmamışdılar. Radikallar polisdən idarəçilərlə əlaqə saxlamağı xahiş eləsələr də, onlar rədd cavabı vermiş, bundan sonra mitinq iştirakçıları evlərinə yollanmışdılar.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.147869