Ermənistandakı biolaboratoriyalar o deməkdir ki, ölkə ABŞ-ın işğalındadır-Erməni ekspert

2023-01-12 11:26:00

Ermənistandakı biolaboratoriyalar o deməkdir ki, ölkə ABŞ-ın işğalındadır-Erməni ekspert

ABŞ-ın bioloji proqramının fəaliyyət göstərdiyi ölkə artıq işğal olunub.Bunu "Şərqi Hayk Xristian Dövləti" ictimai-siyasi hərəkatının həmtəsisçisi, “Vahid Sağlamlıq” koalisiyasının lideri Qriqor Qriqoryan yanvarın 10-da “Ermənistanın geosiyasi kəsişməsi, hərəkətə keçmə vaxtıdır" adlı beynəlxalq-informasiya analitik konfransı zamanı bildirib.
O qeyd edib ki, 2009-cu ildən Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan bioloji laboratoriyaların yaradılması haqqında saziş imzaladıqdan sonra hesabat aparır. Onun sözlərinə görə, bu saziş Ermənistanın işğalının əlamətidir və hökumət bu bioloji proqrama başlayandan sonra tamamilə ABŞ-ın nəzarətinə keçib.
Qriqoryan Rusiya hakimiyyətinin Ermənistandakı vəziyyətdən bixəbər qalmasına diqqət çəkib.
“Burada çevriliş olanda əminəm ki, buradan hər şey nəzarət altında, hər şey qaydasında olması haqda məruzələr gedirdi. Əminəm ki, Gürcüstanda da, Ukraynada da eyni şey olub”,  deyə o əlavə edib.
Ekspert Soros Fondunun Ermənistandakı fəaliyyətindən də danışıb. O, Ermənistanın bütün bölgələrində kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan Kart təşkilatının fəaliyyətinə diqqət çəkib.
“Kənd təsərrüfatı torpaqları və kənd təsərrüfatı məhsulları Kard Fondunun nəzarətindədir. Onlar mal-qaramızı zəhərləyə, torpaqlarımızı məhv edə, bizi aclığa məhkum edə bilərlər. Dövlət funksiyası xarici kapitallı şirkətə verildi. Ərzaq təhlükəsizliyi isə indi birbaşa başqa ölkənin nəzarətindədir”, deyə Qriqoryan bildirib.

Ülviyyə, Hurriyyet.az

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.162012