Ermənistanda xidmət edən rusiyalı sərhədçi öldü
2025-03-25 14:20:07
.jpg)
Hurriyyet.az "Aysor" nəşrinə istinadla xəbər verir ki, Ermənistanda xidmət edən Rusiya sərhədçilərinin avtomobili Mehri-Nrnadzor yolunda 40 metr dərinliyindəki yarğana düşüb. Ölən və yaralanan olub.
Shamshyan.com portalının məlumatına görə, martın 25-i, səhər saatlarında Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin Ermənistandakı bölməsinin avtomobili qəzaya uğrayıb.
22 yaşlı Rusiya vətəndaşı İqor Kotov ağır vəziyyətdə Mehri xəstəxanasına aparılıb.
30 yaşlı Rusiya vətəndaşı Roman Alşixin hadisə yerində həlak olub.
Saytın məlumatına görə, həlak olan şəxs də, yaralanan şəxs də Rusiyanın sərhəd qüvvələrində xidmət edib.
Hürr Tərcüman
