Saat:04:33
Haqqımızda

"Ermənistanda türk dilinə kütləvi maraq var, müəllim çatışmır"

2025-11-04 16:23:31

Hurriyyet.az xəbər verir ki, Ermənistanda türk dilini öyrənmək istəyi geniş yayılıb, lakin müəllim çatışmazlığı var.
Ermənistanın təhsil naziri Janna Andreasyan bildirib ki, regional dillərin öyrənilməsini təşviq etmək üçün hökumət proqramının bir hissəsi olaraq, ölkə daxilində üç məktəbdə Azərbaycan dili tədris olunur.
Onun sözlərinə görə, təşəbbüsdə təxminən 30 məktəb iştirak edir, fars dili mütəxəssisləri çox olduğundan bu dilə maraq da çoxdur. Digər üç məktəbdə isə gürcü dili tədris olunur. Andreasyanın sözlərinə görə, sorğu nəticələi Ermənistanda təxminən 400 məktəbdə regional dillərdə tədrisə tələbat olduğunu göstərib. Onların əksəriyyəti türk dilini seçib, lakin nazirlik türk dilinin öyrədilməsi üçün kəskin müəllim çatışmazlığı ilə üzləşib.
Hürr Tərcüman