Saat:23:27
Haqqımızda

Ermənistanda terror təhlükəsi: Paşinyanın mühafizəsi gücləndirildi - Onu 3 min adam qoruyur

2023-11-04 15:29:09

Ermənistanda terror təhlükəsi: Paşinyanın mühafizəsi gücləndirildi - Onu 3 min adam qoruyur

“Ermənistanda müxalifət adı ilə birləşən qüvvələr “Qarabağ klanı”nın təsiri altında olan qüvvələrdir. Onların hamisi Rusiyayönümlüdür və Kreml tərəfindən tapşırıq alıblar. Ona görə də Ermənistandakı müxalif qüvvələr Rusiyanın verdiyi sifarişləri həyata keçirirlər”. 

Hurriyyet.az xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. 

Müsahibimiz Qarabağdan Ermənistana gələn separatçı rejim nümayəndələrinin Rusiyanın əli ilə yeni bir hakimiyyət çevrilişində iştirak edib-etməməsi amilindən söz açıb. 

Xatırladaq ki, bir sıra analitiklərin fikrincə, qondarma “Artsax” nümayəndələrinin Ermənistanda separatçı rejimin “mühacirət hökuməti”ni elan etməsini Rusiyanın Ermənistandakı yeni hakimiyyət çevrilişi planı kimi qiymətləndirib. 

Qeyd edək ki, Paşinyan iqtidarı ilə qondara qurum nümayəndələri arasındakı söz davası bu ehtimalların sadəcə iddia olmadığını sübut edir. 

Öz növbəsində, Q.Hüseynli isə əlavə edib ki, bütün bunlara baxmayaraq, Baş nazir Nikol Paşinyanın da elektorat bazası və əhali içərisindəki reytinqi kifayət qədər yüksəkdir: 

“Bu ilin statistik rəqəmləri göstərir ki, Ermənistandakı məcmu milli məhsul 10%-dən çox artıb. Keçənilki statistik rəqəmlərdə isə artımın 7-8% artdığı qeyd edilirdi. Yəni Ermənistanda Paşinyana səs verən adamlar onun siyasi fəaliyyətindən razıdır”. 

Onun sözlərinə görə, bu gün Ermənistanda Paşinyandan narazı olanlar Rusiya və ruspərəst qüvvələrdir: 

“Mən o qədər də əmin deyiləm ki, uzun müddətdir Nikol Paşinyanı devirməyə çalışan Rusiya indi nələrisə edə bilsin, çünki bu, mümkün deyil. Hətta Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən dövlət çevrilişinə hazırlıq faktının üstü açılıb, istintaq gedir. Üstəlik də Qərb - həm Avropa Birliyi, həm də ABŞ Paşinyanın qorunmasını qüvvətləndirib”. 

Analitik aydınlaşdıırb ki, hazırda Ermənistanın Baş naziri sayları 3 minə qədər çatan peşəkar mühafizəçilər qoruyur:

“Üstəlik, İrəvanda asayişə nəzarət edən, sırf Paşinyana qarşı həyata keçirilə biləcək tədbirləri önləmək üçün də bir xeyli polis qüvvələri də gətirilib. Eləcə də Avropa Birliyindən gəlmiş müəyyən xüsusi xidmət orqanları və digərləri də var ki, onlar da bu prosesdə iştirak edirlər. 

Paşinyan ölkəsini idarə edir və bölgədə sabitləşdirici və sülhə can atan qüvvə kimi həm dünyada, həm də ölkəsində qəbul edilib. Ona görə də Paşinyanın hakimiyyətdən devrilməsinin Azərbaycan üçün heç bir xeyri ola bilməz”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.593582