Saat:12:31
Haqqımızda

Ermənistanda Şuşadan bir ovuc torpaq 12 manata satılır - Zöhrabyan - FOTO

2022-08-10 19:38:00

Ermənistanda Şuşadan bir ovuc torpaq 12 manata satılır - Zöhrabyan - FOTO

Ermənistanda Şuşadan bir ovuc torpaq 12 manata satılır.

Bu barədə Ermənistanın keçmiş deputatı Naira Zohrabyan Facebook səhifəsində yazıb. O, paylaşımına müvafiq fotoları əlavə edib.

O bildirib ki, sərgidə Qarabağdan bir ovuc torpaq almaq olar.

“Mən Şuşa, Hadrut, Zabux, Laçından torpaq  axtarırdım. Tapmadım. Amma lazım olarsa, bir günə təşkil edəcəklərinə söz verdilər.

Deyim ki, Qarabağı və Ermənistanı hissə-hissə türklərə verən Nikoldan fərqli olaraq, açılış günü Qarabağdan olan bir ovuc torpaq 3000 drama (12 manata – red.) satılıb”, – deyə Zöhrabyan yazıb.


Xuraman Etibarlı,

KONKRET.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR