Ermənistanda siyasi təmizləmə başladı: "Daşnaksütyun" üzvlərinin evlərində axtarışlar gedir

2023-01-11 14:19:00

Ermənistanda siyasi təmizləmə başladı:

Ermənistanda siyasi təmizləmə başlayıb. Belə ki, bu gün səhər tezdən "Daşnaksütyun" üzvlərinin evlərində axtarışlar aparılmağa başlayıb.
Məlumatlara görə, axtarışlar Ararat bölgəsində və İrəvanda keçirilir. Hələlik saxlanılanlarla bağlı məlumat yoxdur, amma mənbənin sözlərinə görə, bunlar “siyasi məqsədli növbəti hərəkətlərdir”.
Öz növbəsində "Daşnaksütyun"un fəalı Gerasim Vardanyanın vəkili Benik Qalstyan qeyd edib ki, müvəkkilinin Artaşatdakı evində də axtarış aparılır və Vardanyanın özü də dindirilməyə dəvət olunub, amma dindirilmə dəvətinin hansı iş çərçivəsində edildiyi məlum deyil.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.133399