Saat:10:53
Haqqımızda

Ermənistanda Rusiya Pravoslav Yepiskopluğu yaradıldı

2021-10-15 16:34:00

Ermənistanda Rusiya Pravoslav Yepiskopluğu yaradıldı

Hurriyyet.az xəbər verir ki, erməni keşişi II Qaregin  ilə Rusiya Patriarxı Kirillin görüşündən sonra Rusiya Pravoslav Kilsəsinin Baş İdarəsi Ermənistan Respublikasının ərazisində yeparxiya yaratmağı qərara alıb.

Baş İdarənin Rusiya Pravoslav Kilsəsinin rəsmi saytında dərc edilən qərarında deyilir: “Ermənistan Respublikasının ərazisində İrəvan-Ermənistan Yeparxiyası yaradılsın. İrəvan-Ermənistan yeparxiyasının arxiereyinə “İrəvan-Ermənistan” yepiskopu titulu və İrəvan şəhərində kafedra verilsin. İrəvan və Erməni yepiskopu titulu arxiyepiskop Klinski Leonidə verilməklə yanaşı, onun Xarici Kilsə Əlaqələri Şöbəsinin sədrinin müavini vəzifəsi saxlanılsın”.

Ermənistan əhalisinin əksəriyyəti  özünü Ermənistan Apostol Kilsəsinə aid edir. Ölkədə bir neçə rus kilsəsi olduğundan 2016-cı ildə onların birliyi yaradılmışdı.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR