Saat:18:11
Haqqımızda

Ermənistanda revanşistlərə hərbi təlim keçmək üçün çağırışlar göndərildi - NƏ BAŞ VERİR?

2022-07-01 12:14:00

Ermənistanda revanşistlərə hərbi təlim keçmək üçün çağırışlar göndərildi - NƏ BAŞ VERİR?

Son bir neçə gün ərzində “Müqavimət” müxalifət hərəkatının dörd üzvü Ermənistan Müdafiə Nazirliyinin üç aylıq səfərbərliyində iştirak etmək üçün çağırış vərəqəsi alıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

“Hüquq-mühafizə orqanlarının işi o qədər azdır ki, onlar oturub müxalifətin mitinqlərinin videogörüntülərini, etirazçıların kimliyini öyrənirlər və onlara çağırış vərəqələri göndərirlər.

Hakimiyyət, əslində, hələ də müxalifətdən qorxur və bununla da insanları mübarizədən çəkindirməyə çalışır. Absurd odur ki, hətta həbsdə olan bir neçə fəala bildiriş verilib. Hər şeydə olduğu kimi repressiv hərəkətləri həyata keçirməkdə də hakimiyyət bacarıqsızdır. Bir gün əvvəl bizimlə söhbətində müxalifətçi deputat Tadevos Avetisyan dedi ki, bir sıra fəalların çağırış vərəqəsi almasından xəbərdardır. Ancaq o, həmin şəxslərin adlarını çəkməyib”, – qəzet qeyd edib.

KONKRET.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR