Ermənistanda narkomanların sayı artıb

2022-11-19 21:52:00

Ermənistanda narkomanların sayı artıb

Ermənistanda narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi halları artıb.

Bu barədə ölkənin Narkomaniyadan Müalicə Milli Mərkəzinin direktoru Suren Nazinyan bildirib.

O, qeyd edib ki, 2022-ci il yanvarın 1-nə Narkomaniyadan Müalicə Milli Mərkəzi və narkoloji xidmətlərdə qeydiyyatda olan 7 570 narkotik istifadəçisi var. Onlardan 149-u qadındır. İrəvanda 4 007 nəfər narkoman qeydiyyatdadır, narkotik istifadəçilərindən 114-ü qadındır: “2021-ci ilin əvvəlində bu rəqəmlər bir qədər az idi – 7 100 nəfər, 2020-ci ilin analoji dövründə isə 7 209 olub. Ümumiyyətlə, Ermənistanda narkomaniyadan əziyyət çəkən azyaşlılar da qeydiyyatdadır – onların sayı 6 nəfərdir, biri 14 yaşlı qızdır”.

Qeyd edilir ki, narkotik vasitələrdən istifadə edənlərin 70 %-i 30-50 yaş arasındadır. Narkomanların sayında artım əsasən 18-25 yaş arasında olan gənclər arasında da müşahidə olunur. \\Report


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.138703