Ermənistanda naməlum şəxs polis bölməsinə qumbara atıb
2023-01-11 23:05:00

Ermənistanın Qeqarkunik rayonunda naməlum şəxs Vardenis rayon polis bölməsinə əldəqayırma qumbara atıb.
Bu barədə Ermənistan mətbuatına istinadən xəbər veririk.
Qeyd edilir ki, partlayış zamanı xəsarət alan olmasa da, polis bölməsinin binasına ciddi ziyan dəyib.
Faktla bağlı hüquq-mühafizə orqanlarının rəhbərləri, məhkəmə-tibbi ekspertləri hadisə yerinə cəlb olunublar.
Kustar üsulla hazırlanmış qumbaranı kim tərəfindən, hansı şəraitdə atıldığını araşdıran operativ qrup yaradılıb. \\ Report
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya