Saat:21:37
Haqqımızda

Ermənistanda Masis icmasının rəhbərinə hökm oxundu

2025-10-23 19:08:13

Ermənistanda Masis icmasının rəhbərinə hökm oxundu

İrəvan məhkəməsi Masis icmasının rəhbəri Davud Ambartsumyanı 6 il 3 ay müddətinə azadlıqdan məhrum edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumatda bildirilir ki, Davud Ambartsumyan 2018-ci ilin aprelində Erebuni rayonunda baş verən dinc etiraz aksiyalarına qarşı təşkil olunmuş dəstəsinin üzvü kimi etirazçıları metal armatur və dəyənəklərlə döyüb.

Qeyd edilib ki, hadisə zamanı o və dəstəsi vətəndaşların hüquqlarını kobud şəkildə pozub, ictimai asayişi pozub./APA


Load Time (S) : 0.174177