Saat:20:42
Haqqımızda

Ermənistanda hökumət BÖHRANI – Simonyan və Qriqoryan QARŞI-QARŞIYA

2024-02-06 14:25:53

Ermənistanda hökumət BÖHRANI – Simonyan və Qriqoryan QARŞI-QARŞIYA

“2026-cı il seçkiləri ərəfəsində Ermənistanın güc dairələrində qızğın mübarizə başlayıb”.

Hurriyyet.az xəbər verir ki , bu barədə Ermənistanın “Joxovurd” nəşri məlumat yayıb.

“2026-cı il seçkiləri öncəsi hakimiyyət daxilində mübarizə gedir. Alen Simonyan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və bir neçə başqa şəxs özlərini Nikol Paşinyanın varisi kimi təqdim etməyə başladılar.

Onlar Rusiya və Qərbin dəstəyi ilə bu addımları atırlar. Simonyan və Qriqoryan vəziyyəti o qədər ciddi qəbul ediblər ki, artıq səhnə arxasında bir-biriləri ilə mübarizəyə başlayıblar.

Hakimiyyətdəki mənbələrimiz bildirir ki, Alen Simonyan uzun müddət Armen Qriqoryanın rolunu aşağılamağa çalışıb və sonuncu da öz növbəsində Alen Simonyanın əleyhinə işləyib. O, Alen Simonyanın ailəsinin tender proseslərində iştirak etdiyinə dair Paşinyana ipucu verib”, - deyə mənbə bildirib.

Yeri gəlmişkən, Alen Simonyanın qardaşının həyat yoldaşı tender maxinasiyasına görə tutulub.

bizim.media

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.199920