Ermənistanda hərbi vəziyyət olacaqmı? – Paşinyan: “Hərbi komissarlıqlara müraciət edin”

2022-09-16 15:04:00

Ermənistanda hərbi vəziyyət olacaqmı? –  Paşinyan: “Hərbi komissarlıqlara müraciət edin”

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Təhlükəsizlik Şurası hazırda ölkədə hərbi vəziyyətin tətbiq edilməsini məqsədəuyğun hesab eləməyib. Bu məlumatı Baş nazir Nikol Paşinyan hökumətin iclasında verib.

Baş nazirin sözlərinə görə, döyüşlərdə iştirak eləmək istəyən vətəndaşlar bu imkanı əldə eləmək üçün dövlətə hərbi vəziyyət elan eləməyi təklif edirlər. Paşinyan dayib: “Biz Təhlükəsizlik Şurasında bu məsələni də müzakirə elədik və hesab edirik ki, bu insanlar könüllülük əsasına da orduya cəlb oluna bilərlər və bunun üçün hərbi komissarlıqlara müraciət eləməlidirlər”.

Paşinyan həmçinin, 13 sentyabrdan bəri Ermənistan-Azərbaycan sərhədindəki döyüşlərdə 135 erməni hərbçisinin öldüyünü, çox sayda yaralı olduğunu da söyləyib.

Hürr Tərcüman

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056844