“Ermənistanda doğulub, ermənicə yaxşı bilir, onun atası…” – Erməni mediası Şahin Mustafayevdən yazdı

2022-05-25 19:36:00

“Ermənistanda doğulub, ermənicə yaxşı bilir, onun atası…” – Erməni mediası Şahin Mustafayevdən yazdı

Dünən – mayın 24-də Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət komissiyalarının ilk görüşü keçirilib. 

Tərəfləri Dövlət komissiyalarının sədrləri qismində Baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryan təmsil ediblər.

Ermənistanın bəzi KİV-ləri Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin personasına xüsusi diqqət ayırıb, onun tərcümeyi-halını dərc ediblər.

Məsələn “Hraparak” qəzeti Şahin Mustafayevin Ermənistanda doğulduğunu və orada orta məktəbə getdiyini xüsusi qeyd edib.

Mustafayevlər ailəsinin Noyemberyanın Cucevan kəndində yaşamış yeganə azərbaycanlı ailə (?) olduğunu vurğulayan qəzet onun atasının heyvandarlıqla məşğul olduğunu da xatırladıb.

“Şahin Mustafayev erməni dilində yaxşı danışa bilir, erməni tarixini və erməni diasporunu yaxşı bilir”,-deyə “Hraparak” Azərbaycan Baş nazirinin müavini haqda qeyd edib.

“Təəccüblüdür ki, prosesin uzun sürəcəyi, sülh sazişi və demarkasiya işlərinin illər çəkəcəyi ilə bağlı bəzi proqnozlara baxmayaraq, Brüsseldən cəmi iki gün sonra, mayın 24-də sərhəddə komissiya sədrlərinin tələsik görüşü təşkil olundu. Görünən odur ki, Azərbaycan tələsir və Ermənistan tərəfinin prosesi dayandırmağa nə istəyi, nə də imkanı var”, – qəzetin dünənki görüşlə bağlı şərhində bildirilir. \\Modern.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya