Saat:07:22
Haqqımızda

“Ermənistanda dəmir yolunun bərpası 2-3 il çəkəcək...” – Moskva görüşündə iştirak edəcəyik”

2023-05-30 17:12:00

“Ermənistanda dəmir yolunun bərpası 2-3 il çəkəcək...” – Moskva görüşündə iştirak edəcəyik”

“İlkin hesablamalara görə, regional kommunikasiyaların açılması çərçivəsində Ermənistanda dəmir yolu infrastrukturunun bərpası təxminən 2-3 il çəkəcək”.

Hurriyyet.az xəbər verir ki, bu barədə mayın 30-da jurnalistlərə müsahibəsində Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib.

Onun sözlərinə görə, hazırda dəmir yolu variantı ən çox ehtimal olunandır.

“Bizə Ermənistanın regionda logistika mərkəzi kimi rolunu gücləndirəcək həll yolları lazımdır. Bölgənin dəmir yolu infrastrukturuna nəzər salsanız, təbii ki, ayrı-ayrı hissələrin regional səviyyədə bərpası ciddi logistik həll olacaq”, - o vurğulayıb.

Qriqoryan qeyd edib ki, bu həftə Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin iştirakı ilə görüş ola bilər və orada iştirak etməyi planlaşdırır.

“İclasda yalnız blokun açılması məsələləri müzakirə olunacaq”, - deyə o qeyd edib.

AzPolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.208305