Ermənistanda baş verən iğtişaşlarla bağlı 10 nəfər həbs edilib

2022-06-07 23:10:00

Ermənistanda baş verən iğtişaşlarla bağlı 10 nəfər həbs edilib

Ermənistanın İstintaq Komitəsi Baş nazir Nikol Paşinyanın iqamətgahı qarşısında baş verən iğtişaşlarla bağlı həbs edilənlər var.

Bu barədə idarənin mətbuat xidmətindən bildirilib.

"İğtişaşların təşkilatçılarının və iştirak edən digər şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər görülür. Cinayət işi üzrə ibtidai istintaq zamanı 15 nəfər təqsirləndirilən şəxsin qismində cəlb edilib. 10 nəfər barəsində həbs qətimkan tədbiri seçilib”, - məlumatda deyilir.

İyunun 3-də etirazçılar Ermənistan hökumətinin binasını bağlayıblar. Daha sonra nümayişçilər baş nazirin iqamətgahından çıxışları bağlamağa çalışıblar. Nəticədə polislə qarşıdurma yaranıb. \\Report


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya