Saat:03:55
Haqqımızda

Ermənistan yenə qarışdı: Aznavur meydanına daxil olmağa çalışan kütlə ilə polis arasında DAVA

2021-09-18 17:57:00

Ermənistan yenə qarışdı: Aznavur meydanına daxil olmağa çalışan kütlə ilə polis arasında DAVA

44 günlük müharibədə məhv edilən və itkin düşən hərbçilərin valideynləri İrəvanda etiraz aksiyası keçirirlər.

Hurriyyet.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistanın müstəqillik bayramı münasibəti ilə keçirilən şənliklər,  Qarabağ müharibəsi zamanı həlak olan və itkin düşənlərin yaxınlarının qəzəbinə səbəb olub.

Onlar şənliklərin ləğv olunmasını tələb edirlər. Buna görə də polislə etirazçılar arasında qarşıdurma yaranıb.

Etirazçılar Aznavur meydanına toplaşaraq Respublika meydanına doğru irəliləmək istəyərkən, polisin təzyiqi ilə üzləşiblər. Həbs edilənlərin olduğu bildirilir.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR