"Ermənistan yaxın 20 ildə Aİ-yə üzv olmayacaq" - Ekspert
2024-03-20 00:29:53

“Ermənistan yaxın 20 ildə Aİ-yə üzv olmayacaq”.
Bunu məşhur almaniyalı politoloq Aleksandr Rar deyib.
O bildirib ki, ilk növbədə Aİ iqtisadi, maliyyə, sosial və təhlükəsizlik problemlərini həll etməlidir:
“Aİ-nin 10 və ya 20 il əvvəl olduğu kimi digər ölkələrə təklif edəcəyi çox az şey var. Bütün bunlar Aİ-nin genişlənmə ehtimalını sual altına qoyur. Bundan əlavə, Aİ-yə daxil olmaq üçün kriteriyalara cavab vermək çox çətindir. Üzvlük istəyən ölkə qanunları dəyişməli, hüquqi məsələləri həll etməlidir ki, bu da illər çəkəcək”, – deyə ekspert bildirib.\\Konkret.Az
