Ermənistan XİN Rusiyanın notasına cavab verib

2022-08-25 16:12:00

Ermənistan XİN Rusiyanın notasına cavab verib

Lakin cavabın nə olduğu açıqlanmır

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin notasına cavab verib. Bu barədə məlumatı Ermənistan XİN mətbuat katibi Vahan Unanyan verib. Lakin Unanyan notanın məzmununu açıqlamayıb. Unanyan deyib: “Notanın məzmunu daxili diplomatik yazışmanın bir qismini təşkil edir, ona görə də onun dərc edilməsini düzgün hesab eləmirik”.

Xəbər verdiyimiz kimi, avqqustun 17-də Rusiyanın İrəvandakı səfirliyi  Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərərək, yerli mətbuatda dərc edilmiş Moskvanın Sürməli ticarət mərkəzindəki partlayışda əli olduğu barəsindəki ittihamlara etirazını bildirmişdi.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056179