Saat:23:20
Haqqımızda

Ermənistan XİN başçısı: Azərbaycanla sülh sazişini mümkün qədər tez imzalamaq lazımdır

2025-03-27 10:06:54

Ermənistan XİN başçısı: Azərbaycanla sülh sazişini mümkün qədər tez imzalamaq lazımdır

Ermənistan sülh sazişinin imzalanma tarixinin və vaxtının razılaşdırılmasına mümkün qədər tez başlamağı təklif edir ki, bu da Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində bir addım olacaq.

Hurriyyet.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Qazaxıstan Baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu ilə geniş formatda danışıqlar zamanı bildirib.

"Vurğulamağı zəruri hesab edirəm ki, Ermənistan Cənubi Qafqazda sülh gündəliyinə sadiq olub və sadiq olaraq qalır. Biz həmçinin Qazaxıstan XİN-in Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların başa çatması ilə bağlı bəyanatını qiymətləndiririk", - A. Mirzoyan qeyd edib.

Report.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.234452