Ermənistan viza möhürlərindən Ağrı dağının təsvirini çıxardı - Foto
2025-11-01 20:42:50
Bu gündən Ermənistanın viza möhürlərindən Ağrı dağının təsviri çıxarılıb.
Hurriyyet.Az xəbər verir ki, yeni möhür şablonu Ermənistan Nazirlər Kabinetinin sentyabrın 11-də keçirilən iclasında qəbul edilmiş qərarda təsbit edilib.
Qaydalar bu gündən qüvvəyə minib.
Beləliklə, Ermənistana giriş-çıxış zamanı Ağrıdağ artıq sərhəd möhüründə təsvir olunmayacaq.

