Saat:11:55
Haqqımızda

"Ermənistan və Rusiya birləşməlidir" fikirlərinə ermənilərdən CAVAB: “Bəlkə Rusiya Ermənistanın bir hissəsi olacaq”

2021-09-16 14:46:00

“Rusiya, Belarusiya və Ermənistanın vahid ərazisi formalaşmalıdır”.

Hurriyyet.az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri “Kommunist” partiyasının lideri Maksim Suraykin səsləndirib. O mövcud çətinliklərə qarşı birlikdə olmağın vacibliyini vurğulayıb:

“Mən Ermənistanda olmuşam və oradakı insanlarla söhbət etmişəm. Hamısı bu cür düşünürlər” – deyə Suraykin fikirlərini tamamlayıb.

Suraykinin fikirlərinin əksinə olaraq bəzi ermənilər istehza ilə “Bağışlayın! Bəlkə Rusiya Ermənistanın bir hissəsi olacaq, Ermənistanın heç kimə borcu yoxdur” deyirlər.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR